Az
/
Creative Ecosystem
February 2025

LAYİHƏ HAQQINDA

Chevrä, Bakının Sabunçu rayonunda, şəhər mərkəzindən 15 dəqiqəlik məsafədə yerləşən keçmiş «Bakı Tələbat Qabları» zavodunun bazasında yaradılacaq urban ekosistemdir.

Bu layihə tarixi bir sənaye məkanını yenidən canlandıraraq, mədəniyyət, incəsənət, biznes və sosial həyatın bir araya gəldiyi unikal bir platforma yaratmağı hədəfləyir. Layihənin məqsədi tarixi sənaye məkanını yenidən canlandıraraq biznes, mədəniyyət və sosial həyat üçün unikal bir şəhərcik yaratmaqdır.

Bu ekosistem müxtəlif yaş qruplarından və təbəqələrdən olan insanları bir araya gətirərək, Bakının iqtisadi və sosial həyatına yeni dəyərlər qatacaq.

Vizyon

Layihənin məqsədi, 5 il ərzində həm yerli, həm də beynəlxalq səviyyədə regionun ən aparıcı yaradıcıurban ekosisteminə çevrilmək, müxtəlif sahələri bir araya gətirərək davamlı iqtisadi və sosial inkişafı təmin etməkdir.

#vizyon

Missiya

Chevrä-nin missiyası iqtisadi və sosial inkişafa dəstək olmaq, yaradıcı ideyaların reallığa çevrildiyi, müxtəlif təbəqələrdən olan insanların bir araya gəldiyi ekosistem yaratmaqdır.

#missiya

Tarixi Dəyəri və Əhəmiyyəti

Tarixi Məkan

Layihə ərazisi keçmiş «Bakı Tələbat Qabları» zavodunun yerləşdiyi yerdə yaradılacaq. Bu məkan, Azərbaycanın sənaye keçmişini xatırladan və onun tarixini müasir yeniliklərlə birləşdirən bir məkandır.

Chevrä foto 2

Unikal Konsept

Tarixi sənaye estetikasını qoruyaraq müasir dizayn və funksional məkanlara çevirmək.

Chevrä foto 6

Mədəniyyət və İqtisadi əhəmiyyət

Keçmiş fabriki yaradıcılıq mərkəzinə çevrilməklə, ərazidə sosial həyatı və iqtisadi fəaliyyəti artırmaq.

Chevrä foto 5

Məkan və İnfrastruktur

Ünvan

Zavod Bakının Sabunçu rayonunda yerləşir, şəhər mərkəzindən 15 dəqiqəlik məsafədə.

#ünvan

Ərazi

Beş mərtəbəli bina (5,500 kv.m), əlavə iki böyük anbar (1,300 kv.m hər biri) və geniş həyətyanı sahə 2805 kv.m(parking).

#ərazi
Chevrä-nin bir hissəsi ol!